Yuxarı

Biznesim batdı, dirçəldə bilmədim - Elməddin

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etdim.

Kult.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Efirdən kənar" verilişində deyib.

Aktyor həyatında dönüş nöqtəsi yaradan qərarlarından danışıb:

"Düşündüm ki, qoy, kirayəni ödəyə bilməyim, amma sevmədiyim şeyləri etməyəcəyəm. 2 il elə də oldu. Ondan sonra çox əziyyətlər çəkdim, amma işimə çox fokuslandım. Feysbuk, Odnoklassnik, Vatsapı sildim, sosialdan, toylardan, kütlə olan yerlərdən tam imtina etdim. 3 il dayanmadan işlədim. Nəticəsini də gördüm. Azərbaycandakı ən uzunömürlü və dövlətin dəstəyi ilə 5 serial çəkildi. 5-i də yalnız öz hesabıma ekranlaşdırıldı. Başda çox iradlar oldu.

Dedilər ki, "Yarpaq tökümü", "Aşkı memnu"nu qoyub bunları izləyəcəyik?" Hətta bunu aktyorlar da deyirdi. Amma ölkədə sistem inkişaf etdi. İndi də o aktyorlar, işçi heyəti evinə pul aparır".

Elməddin pandemiya dövründə bizneslərinin çökdüyünü açıqlayıb:

"Pul qazanmaq mərhələsi 2020-ci ilə qədər oldu. Çox film təklifləri olurdu, verilişlər edirdik. Pandemiyada isə televiziya, kino dayandı. Biznesim də batdı. Depressiyaya düşmədim, amma stress oldu. Çünki maddiyyətin köləsi olmamışam. Heç vaxt pula işləmirdim, gələn qazancı saymırdım. Sonra yenidən hər şeyi bərpa edə bilmədim. Lakin yeni işlərim var".

Tarix
2025.03.29 / 22:33
Müəllif
Kult.az
Digər xəbərlər

Pezeşkian Azərbaycana gəlir

Ştaynmayer İrəvanda: Bakı bütün şübhələri kənara atmalıdır

Alman prezidentin Bakıya gəlişi öncəsi qalmaqal

Paşinyan Gümrünü “götürdü”: niyə ona səs verirlər?

Azərbaycan İspaniyaya başsağlığı verdi

Bakı Təşəbbüs Qrupunun klipi Fransada ajiotaja səbəb oldu

Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı

Xaçatryandan sülh açıqlaması: Martda məlum oldu ki...

ABŞ-ın Ərdoğan sevgisinin səbəbi - Zülfüqarov

İlham Əliyev Pezeşkianla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla