Yuxarı

Bakı Təşəbbüs Qrupunun klipi Fransada ajiotaja səbəb oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən martın 13-də yayımlanan “Azadlıq və ya ölüm” adlı rep klipi Fransa siyasi dairələrində ciddi ajiotaj yaradıb.

Axar.az xəbər verir ki, Fransanın müxtəlif media orqanlarında artıq bu barədə məlumatlar dərc olunur.

“Liberté ou mort” adlı bu repin sözləri və 2024-cü ildə baş vermiş hadisələri təsvir edən fotolar zorakılıq və nifrətə təhrik kimi qiymətləndirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.

Yeni Kaledoniyanın prokuroru Yves Dupas istintaqın Paris məhkəməsinə ötürülməsinə qərar verib.

Halbuki klipdə Fransanın kolonializm siyasətindən başqa heç nə yoxdur.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu özünü qeyri-hökumət təşkilatı kimi təqdim edir və Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada dekolonizasiya və insan haqları mövzularında fəal şəkildə iştirak edir. 2023-cü ildən bəri fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu öz fəaliyyəti ilə ciddi nəticələr əldə edib. Belə ki, əsas məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək vermək olan təşkilat neokolonializmə qarşı mübarizəyə böyük töhfə verməkdədir. Bunun ən bariz nümunələrindən biri dünyada müstəmləkəçiliyin vətəni kimi tanınan Fransanın artıq geri çəkilməsidir.

Tarix
2025.03.31 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Mən heç vaxt izləndiyimi hiss etməmişəm - İcra başçısı

Parisdə ovlanan “cadugər” niyə İstanbulda axtarılır?..

Fransa Bakıya "ölüm qrupu" göndərdi - Şok

İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Azərbaycan-AB əməkdaşlığı müzakirə olundu

Bakı və Tehran təhlükəsizlik məsələlərini müzakirə etdi

Milyarderlər siyahısına Ələkbərov başçılıq edir

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...

Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü

Fransada siyasi rəqiblərə qarşı repressiya başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla