Yuxarı

Putinin əmlakı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.

Axar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qanuna görə, yüksəkvəzifəli dövlət qulluqçuları hər il aprelin 1-ə qədər öz gəlir və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqlarının gəlir və xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də, dərc edilmir. Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının KİV-də dərc edilməməsi barədə fərman imzalayıb.

Putinin ictimaiyyətə açıqlanan son bəyannaməsində (2021-ci il üçün) 77 kvadratmetr mənzil, 18 kvadratmetr qaraj, iki köhnə "Volqa" QAZ-M21, "Niva" yolsuzluq avtomobili və "Skif" qoşqusu qeyd olunub. Putin həmçinin 153.7 kvadratmetr mənzildən istifadə edir. Bütün bu əmlaklar Rusiyada yerləşir. Həmin il prezidentin gəliri təxminən 10.2 milyon rubl (təxminən 204.5 min manat) təşkil edib. Eyni əmlaklar Putin tərəfindən 2024-cü ildə keçirilən prezident seçkisində namizəd kimi təqdim edilən bəyannamədə də qeyd olunub.

Tarix
2025.04.01 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

BMT Ağdamdakı mina partlayışını araşdıracaq

Ermənistan sülh sazişinə bunu salmaq istəyirdi - Video

Ştaynmayerin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev və Ştaynmayer konsertdə iştirak etdi

"Melissa"nın dağıtdığı evin sahibləri bu qədər pul istəyir

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

AP-nin Azərbaycana qarşı ikili standartları… - Avraham

İlham Əliyev bu tarixdə Çinə səfər edəcək

Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto

Ştaynmayer Ağ Şəhərdə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla