Yuxarı

Allanın müharibəyə həsr olunan mahnısı rezonans doğurdu - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allanın müharibəyə həsr olunan mahnısı rezonans doğurdu - Video

Məşhur rusiyalı müğənni Alla Puqaçova aprelin 1-də müharibə mövzusuna həsr olunmuş iki yeni mahnısını təqdim edib.

Kult.az xəbər verir ki, mahnılar müğənninin rəsmi Yutub kanalında yayımlanıb.

Onlardan biri “Ana” adlanır. Mahnının musiqisi bəstəkar Andrey Misinə, sözləri isə Puqaçovanın özünə məxsusdur. Mahnıda müharibədə həlak olmuş bir gəncin anası ilə dialoqu təsvir olunur.

Mahnının mətnində aşağıdakı sözlər yer alır:

“Ana, sənin üçün mən sağam. Eşidirsən, ana, həmişə səninləyəm. Lənətləyirəm o döyüşü, ana, bizi ayıran o döyüşü”.

Ananın iztirablarını əks etdirən sətirlər də diqqət çəkir:

“Mən səni necə buraxa bildim, oğlum, necə buraxa bildim o dəhşətli döyüşə. Buraxdım səni, şeytana uydum. Ürəyim tab gətirmədi birdən, amma sən hər gecə yuxuma girirsən”.

Puqaçovanın yeni mahnıları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müğənni özü isə hələlik bu layihə ilə bağlı şərh verməyib.

Tarix
2025.04.02 / 12:23
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla