Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar.

Axar.az xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb.

Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Gəzinti zamanı Almaniya Prezidenti və xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Sonra ali qonağa xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsinə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi haqqında məlumat verilib.

Almaniya Prezidenti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi barədə də məlumatlandırılıb.

İçərişəhərlə tanışlıq Prezident Frank-Valter Ştaynmayerdə və xanımı Elke Büdenbenderdə xoş təəssüratlar yaradıb.

Tarix
2025.04.02 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Məhkəmə Səfər Mehdiyevin əmrini ləğv etdi

Bakı memarlığına Çoban İsfəndiyarın vurduğu b(t)əzəklər

Saleh Məmmədov yola salınır, proses başladı

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Mirziyayev İlham Əliyevə zəng etdi

Sərhəddə erməni təxribatı: Həsənov konkret tapşırıqlar verdi

Müharibədə həlak olan azərbaycanlıların meyitləri tapıldı - Foto

İnstitutlar birləşdirilir: nələr dəyişəcək? – Ekspert

Yaxın günlərdə bu müavinətlər və təqaüdlər artırılacaq

Rövşən Rüstəmov rəisi vəzifəsindən azad etdi

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla