Yuxarı

Həmin ərazilərdəki 72 abidə də söküləcək? - Rəsmi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmin ərazilərdəki 72 abidə də söküləcək? - Rəsmi

Bakıda söküntüsü nəzərdə tutulan ərazilərdə 72 tarix və mədəniyyət abidəsi yerləşir.

Kult.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bir sıra yaşayış binaları olan memarlıq abidələrinin Mərkəzi Parkın növbəti hissəsinin salınması ilə bağlı söküləcəyi barədə səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən Bakı şəhəri Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri arasında 72 tarix və mədəniyyət abidəsi yerləşir”, – açıqlamada bildirilib.

Qeyd olunub ki, sözügedən məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə vətəndaşlar tərəfindən də müraciətlər daxil olub:

"Məsələ aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırılıb, müzakirələr aparılıb. Dövlət Xidməti tərəfindən tarixi abidələrlə bağlı müvafiq məlumatlar aidiyyəti üzrə təqdim olunub. Həmin abidələr dövlət mühafizəsindədir və hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur".

Tarix
2025.04.04 / 15:27
Müəllif
Kult.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla