Yuxarı

“Netfliks” ulduzu idman zalında öldü - 44 yaşında

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Netfliks” ulduzu idman zalında öldü - 44 yaşında

"Netfliks"in “Berlin polisi” serialının ulduzu, alman bodibilder Vittorio Pirbazari idman zalında ölüb.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, 44 yaşlı aktyor "Vito" ikinci evinə çevrilmiş idman zalında qəflətən dünyasını dəyişib.

Hadisə bazar ertəsi baş verib. Onun həmkarı Səid İbrahim sosial şəbəkədə faciəvi xəbəri təsdiqləyərək, Vitonu "on yaşlı uşaq kimi yumşaq qəlbli" insan adlandırıb.

İlkin məlumatlara görə, ölümün səbəbi infarkt ola bilər, lakin hələlik rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, yanvar ayında Pirbazari döş qəfəsindən əməliyyat olunub. Onun sağ döş qəfəsi əzələsi cırılıb və bu əzələ cərrahi yolla bərpa olunub. Əməliyyatdan sonra o, avtomobil qəzasına düşüb, fəqərəsi sınıb və yumşaq toxumaları zədələnib.

Martın 23-də aktyor 12 həftəlik fasilədən sonra idman zalına qayıtdığını elan etmişdi.

Ölümündən bir gün əvvəl o, son zamanlar aldığı zədələrə görə ləng qaçdığını bildirərək selfi paylaşıb.

Tarix
2025.04.02 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla