Yuxarı

Trampın tarifləri Rusiyanı da vurdu: 1 gündə 2 milyard…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın tarifləri Rusiyanı da vurdu: 1 gündə 2 milyard…

Rusiya ABŞ-ın yeni rüsumlarından tamamilə yayınan azsaylı ölkələrdən biri oldu. Lakin hətta dolayı təsir belə Rusiya iqtisadiyyatı üçün hiss olunandır.

Axar.az xəbər verir ki, bunu “Nyusvik” yazıb.

Qeyd olunub ki, Tramp dünyaya tarif müharibəsi başladıqdan sonra Rusiya fond birjalarında çökmə baş verib. Belə ki, Moskva Birjası (MOEX) şirkətlərinin kapitallaşması 23,7 milyard dollar azalıb. Rusiya üzrə MOEX indeksi, ölkənin 43 ən iri ictimai şirkətini izləyən göstərici bir həftə ərzində 8% dəyər itirdi. Bu isə 2022-ci ilin sentyabrından bəri – Putinin kütləvi səfərbərlik elan etdiyi dövrdən bu yana ən böyük geriləmədir.

“Xüsusilə “Sberbank” (5,2%), “Qazprom” (4,9%), metallurgiya və kömür nəhəngi “Meçel” (7%) və qaz şirkəti “Novatek”in (5,4%) səhmləri ucuzlaşdı. Analitiklərin fikrincə, Trampın tətbiq etdiyi tariflər dünya iqtisadiyyatının soyumasına və neftə tələbatın azalmasına gətirib çıxaracaq. Bu isə neftin qiymətinin aşağı düşməsi deməkdir. Nəticədə bu vəziyyət Rusiyaya mənfi təsir göstərəcək.Trampın qlobal tariflərinin dolayı təsirindən əlavə, Rusiya birjasına OPEK-in may ayında neft hasilatını üç dəfədən çox artırmaq planları da təsir göstərib. OPEK ABŞ-ın tariflərinin mənfi təsirini kompensasiya etmək üçün daha çox neft sataraq eyni gəliri əldə etməyə çalışır. Bu isə neftin qiymətinin daha da aşağı düşməsinə səbəb olacaq”, - deyə nəşrin məqaləsində qeyd olunub.

Tarix
2025.04.05 / 18:55
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla