Yuxarı

Abdullah Ağarın “Qarabağ dastanı” gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullah Ağarın “Qarabağ dastanı” gəlir

Türkiyənin tanınmış hərbi eksperti Abdullah Ağarın 44 günlük Vətən müharibəsinin tarixi və strateji əhəmiyyətini ortaya qoyan “Qarabağ dastanı” araşdırması yaxın günlərdə işıq üzü görəcək.

Bu barədə Kult.az-a hərbi ekspert özü məlumat verib.

Ağarın sözlərinə görə, kitab müharibənin hüquqi, tarixi və insani aspektlərinə toxunur, xüsusilə şəhid və qazilərin fədakarlığını vurğulayır.

Qeyd edək ki, Türkiyənin Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş Ağar kitabın yazılması üçün 15 ay çalışıb və bu müddətdə 300-ə yaxın döyüş iştirakçısı ilə həmsöhbət olub. Kitabda Azərbaycanın zəfər yolu, qəhrəmanlıq hekayələri və strateji gedişləri ətraflı təsvir olunur.

O vurğulayıb ki, “Qarabağ dastanı” 1500 səhifəlik bir əsər olaraq, həm tarixi mənbə, həm də hərbi-strateji təhlil kimi qiymətləndirilə bilər. Kitab Azərbaycan, türk, rus və ingilis dillərində nəşr ediləcək və gələcək nəsillər üçün mühüm istinad mənbəyi olacaq.

Tarix
2025.04.03 / 14:56
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla