Ötən gün vəfat edən məşhur türkiyəli sənətçi Volkan Konakın vəsiyyəti gündəm olub.
Kult.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, sənətçinin 2020-ci ildə "Vəsiyyətim" adı ilə verdiyi açıqlama ölümündən sonra yenidən müzakirə mövzusuna çevrilib.
Konserti zamanı bununla bağlı danışan Volkan Konak torpağa basdırılmaq istəmədiyini dilə gətirmişdi.
"Siz sevənlərimə vəsiyyətimdir, nə olar, mən öləndə basdırmasınlar məni torpağa. Yandırsınlar bütün bədənimi. Və bir qutuya qoyub Qara dənizimin üzərinə bir helikopterlə səpsinlər bütün külümü. Xüsusilə də Trabzonumun üzərinə", - deyə Konak bildirmişdi.
Xatırladaq ki, müğənni Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yıxılıb. İnfarkt keçirən sənətçi xəstəxanaya yerləşdirilib, lakin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.