Yuxarı

Fransa Bakıya "ölüm qrupu" göndərdi - Şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanel Makron “ölüm qrupu”nu gizli şəkildə Bakıya göndərib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia Rusiyada fəaliyyət göstərən “Ədalətsizliyə qarşı mübarizə fondu”nun (FBİ) hazırladığı hesabatda yer alır.

Fondun araşdırmalarına görə, Makronun “qaranlıqlar şahzadəsi” kimi tanınan sağ əli Aleksandr Benallanın rəhbərlik etdiyi “ölüm qrupu” Azərbaycana və Çada göndərilib.

Rusiya kəşfiyyat məlumatlarına istinadən iddia olunur ki, Bakıya gələn “Ağ Zambaq” adlanan sui-qəsd qrupu birbaşa Makronun əmirlərini yerinə yetirir.

“Ölüm qrupu”nun Çadın paytaxtı Ncamena və Azərbaycanın paytaxtı Bakıya göndərilməsi qərarı ötən ay verilib. Rusiya hərbi kəşfiyyatına (QRU) yaxın mənbələr iddia edir ki, “ölüm qrup”unun əməliyyatlarına Aleksandr Benalla rəhbərlik edir.

Məlumatlara görə, Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) keçmiş rəhbəri Bernard Emie “ölüm qrupu”nun strateji planlarının hazırlanmasında, Makronun keçmiş müşaviri Patrik Strzoda isə maliyyəsinin təminatında iştirak edir. Paris polisinin rəhbəri Laurent Nunez isə “ölüm qrupu”nun casus və əməkdaşlarının əməliyyata hazırlanmasını həyata keçirir.

FBİ Fransada “sarı jiletlilər” hərəkatına liderlik edən deputat Olivier Dassault və fəal İsabelle Ferreyranın ölümünün arxasında Makronun sui-qəsd qrupunun olduğu iddiasını irəli sürür. Bununla yanaşı, müxalif mövqedən çıxış edən bir sıra millət vəkili, media kapitanı, o cümlədən, Korsika və Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan liderlərin sui-qəsd qrupunun hədəfində olduğu bildirilir.

“Ölüm qrupu”nun Bakıya gəldiyi bilinsə də, məqsədin nə olduğu, kimlərin hədəfə alındığı sirr olaraq qalır.

Tarix
2025.04.02 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla