Yuxarı

Leyla və Arzu Əliyevalar TMİF-in binasını ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.

Axar.az xəbər verir ki, TMİF-in prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-in atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakının daha da artırılmasının vacibliyini vurğulayıb.

TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.

Yekunda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası, dəstəklənməsi daxildir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində TMİF-in fəaliyyətində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.

Tarix
2025.04.29 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla