Yuxarı

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Ermənistan parlamentinin deputatı, jurnalist İveta Tonoyan və parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Moskvada keçirilən “Yedinaya Rossiya” konfransında Azərbaycana qarşı təxribata cəhd ediblər.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, onlar çıxışları zamanı Qarabağda “etnik təmizlik”, ermənilərin “hücuma məruz qalması” kimi əsassız fikirlər səsləndirərək Bakını ittiham etməyə çalışıblar.

Hətta Tonoyan və Şarmazanov Azərbaycana ünvanlı “faşizm” bənzətməsi etməyə cəhd göstəriblər. Lakin zalda olan azərbaycanlı diplomatlar dərhal etirazlarını bildirib və tədbirin idarəçisini bu təxribatın qarşısını almağa çalışınlar. Moderator bundan sonra hərəkətə keçib və hər iki erməninin çıxışını ayrı-ayrı dayandıraraq sözlərini davam etdirməmələrini tələb edib. Moderator hər ikisini zalda asayişi qorumağa çağırıb.

Daha sonra Tonoyan və Şarmazanov çıxış mətnlərini dəyişdirərək 9 May – Faşizm Üzərində Qələbənin ildönümü, həmçinin bu müharibədə ermənilərin rolundan danışmağa başlayıblar.

Həmin anların görüntüləri Ermənistan KİV və sosial şəbəkələrdə maraqla qarşılanıb.

Tarix
2025.04.29 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla