Yuxarı

Tədqiqat universitetləri harada yaradılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tədqiqat universitetləri harada yaradılır?

Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında tədqiqat universitetinin yaradılması məsələsi hazırda müzakirə olunur.

Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müvafiq qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Teleqraf-ın əldə etdiyi məlumata görə, tədqiqat universitetlərinin Bakı Dövlət Universiteti (BDU), Neft və Sənaye Universitetlərinin (ADNSU) tərkibində yaradılması planlaşdırılır.

BDU-dan bildirilib ki, 2026-cı ilə qədər ölkəmizdə elmin inkişafı və dünya səviyyəsində mövqeyinin yüksəlməsi üçün tədqiqat universitetlərinin yaradılması nəzərdə tutulub.

"Ölkəmizin ən böyük elm və təhsil müəssisəsi kimi son illər BDU-da müasir tələblərə cavab verən elmi infrastruktur formalaşıb. Universitetdə təhsil-tədqiqat-sənaye yönümlü araşdırmalar mərkəzi – Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Centre of Excellence) yaradılıb. Burada fəaliyyət göstərən və digər müasir tipli elmi-tədqiqat laboratoriyalarında rəqabətədavamlı innovativ elmi-tədqiqatların aparılması, müxtəlif elm sahələri arasında multidissiplinarlığın təmin edilməsi, elmi nəticələrin sənayedə tətbiqi və kommersiyalaşdırılması, magistrant və doktorantların birbaşa olaraq elmi-tədqiqat laboratoriyalarında yetişdirilməsi üçün ən müasir elmi cihaz, avadanlıq və materiallar, müxtəlif tipli proqramlarla təchiz olunmuş kompüter sistemləri və İT avadanlıqları alınır”, - məlumatda deyilib.

Qeyd olunub ki, bütün bunlar elmi tədqiqatların keyfiyyətini artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına imkan verir.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.

Tarix
2025.04.29 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla