Yuxarı

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkianın Bakıda Şəhriyardan səsləndirdiyi

- Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

şeiri Arazın hər iki tayının ayrı düşməsi və birləşmə ümidləri fonunda ruhumuzu oxşasa da, azərbaycanlı prezidentin bununla nəyin xiffətini çəkdiyi – o taylı, bu taylı Azərbaycan, yoxsa “komponent bütünlüyə, kiçik böyüyə birləşir” ideyasına diqqət çəkdiyi mübahisəlidir.

İran prezidentinin Rəisinin ölümündən öncə başlanan Azərbaycanla münasibətlərin normallaşması siyasətini dəstəkədiyi doğrudur. O, AzTV-yə müsahibəsində də Bakı-Tehran münasibətlərinin gərgin olduğu və normallaşma mərhələsinin başlandığı haqda suala “Bəziləri danışmamalı olduğu sözü danışır, bizim öz ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul etmirlər” cavabı ilə İran siyasi elitasında Azərbaycana qarşı olan qüvvələrin yanaşmasını bölüşmədiyini açıq şəkildə dilə gətirdi. Hərçənd, Pezeşkianın bu yanaşmasını İran elitasında bölüşməyənlər olsa da, ölkənin siyasi rəhbərliyinin izlədiyi siyasətin tərkib hissəsidir. Və bu proses – Azərbaycanla normallaşma siyasəti iki amildən qaynaqlanırdı:

1. Azərbaycanın İran hücumları qarşısında geri çəkilməməsi;

2. İran ətrafında çəmbərin daralması;

İranın Azərbaycana qarşı siyasəti dəyişməsə də, sərt ritorika və bunu dəstəkləyən qrupların arxa plana keçməsi hələ Rəisinin dövründə başlanmışdı. Pezeşkian bu siyasəti davam etdirir, çünki “müqavimət oxu” zəifləyən İran ətrafındakı çəmbərin daralması fonunda regional münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Azərbaycan isə İran üçün mövcud vəziyyətdə xüsusilə əhəmiyyətlidir.

- İran-Türkiyə: Bakı Tehranla Ankara arasında körpü ola, Yaxın Şərqdə itirdiyi mövqelərini müəyyən qədər bərpa edilməsi müzakirəsini təşkil edə bilər; İranın ABŞ-la nüvə danışıqları və mümkün müdaxilə gözləntiləri fonunda da Türkiyəyə ehtiyacı var və Bakı ilə normal münasibətlər Ankara ilə də təmaslara müsbət çalarlar qata bilər;

- İran-İsrail: Bakı bu qarşıdurmada neytral mövüe sərgiləsə də, hər iki ölkə Azərbaycanı öz tərəfinə çəkmək, ən azı neytrallığını təmin etməyə çalışır;

- İran-Rusiya: Azərbaycan bu iki ölkə arasında əsas tranzit rolunu oynayır, “Şimal-Cənub” nəqliyyat dəhlizi xüsusilə önəmli layihədir;

- İran-Çin: Pekinin “Bir kəmər, bir yol” layihəsində Bakıya verdiyi önəm Tehranda nəzərə alınır;

Və İran dilə gətirməsə belə, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda iştirakçılığın Azərbaycandan asılı olduğunu anlayır.

Bütün bunların fonunda Pezeşkianın Azərbaycana İran prezidenti kimi gəldiyi reallığı unudulmamalıdır. Onun “Ağlaşaydım uzaq düşən elinən” dedikdə “bütöv Azərbaycan” yox, “kiçik böyüyə birləşir” ideyasını nəzərədə tutduğu ehtimalı daha böyükdür. Söhbət Xameneinin 1991-ci ildə dilə gətirdiyi və indi də gündəmdə saxladıqları “Azərbaycan Respublikası bu ölkənin (İran) və bu cəmiyyətin bir hissəsi idi və bəzi səbəblərə görə təxminən 150 ildir ki, İrandan ayrılmışdır. Baxanda görürük ki, onların bu tərəfdəki azərbaycanlıların hislərini oyatmaq məqsədləri var. Əlbəttə əsas məqsəd budur. Həmişə komponent bütünlüyə, kiçik isə böyüyə birləşir. Lakin onlar bu məsələni tərsinə çevirmək və böyüyü kiçiyə birləşdirmək istəyirlər” sözlərindən gedir. Xameneinin razılığı ilə prezident postuna gələn Pezeşkianın bunun əksinə getməsi mümkün deyil, şəxsi yanaşmaları nə olursa olsun. Pezeşkianın prezident seçilməsində rol oynayan amilləri bu kontekstdə xatırlamaq yerinə düşər.

Birincisi, azərbaycanlı doktorun prezident olması İran siyasi-hərbi rəhbərliyinin ölkənin milli-etnik bölünməsi risklərinə qarşı gedişi idi, xüsusilə bütün etniklərə “bu ölkə hamımızındır” mesajını vermək və üç il öncə hicab etirazlarından sonra Bəlucistan və Kürdüstanda bölünmə risklərinə Cənubi Azərbaycanın mümkün dəstəyinin qarşısını almaq baxımından;

İkincisi, islahatçı və normallaşmaya açıq prezident İrana yeni nüvə danışıqları, Qərblə münasibətlərin perspektivləri baxımından lazım idi;

Üçüncüsü, Pezeşkianın gəlişində mühafizəkarlar arasındakı qarşıdurmanın da müəyyən rolu olmuşdu;

Lakin Bakının Tehran üçün önəmi və Pezeşkianın izlədiyi/izləməyə çalışdığı siyasət Azərbaycan-İran münasibətlərində normallaşma istəklərinin davam etməsi və gərginliyin arxa planda qalması perspektivini gücləndirir. Və bu, Azərbaycanın xarici siyasət kursunda önəmli komponentlərdəndir.

Tarix
2025.04.29 / 14:47
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

Cənubi Koreya Azərbaycana yeni səfir təyin etdi

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla