Yuxarı

"AzerGold" QSC-də növbəti iclas keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AzerGold” QSC ilə "R.V. Investment Group Services, LLC ABŞ" arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə Rəhbər komitənin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, rəhbər komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrində həyata keçirilən fəaliyyətə dair gündəliyə daxil edilmiş məsələlər müzakirə olunub.

İclasda əvvəlcə “Gədəbəy” saziş sahəsi üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, yataqda istismar işləri ilə əlaqədar icrası nəzərdə tutulan infrastruktur layihələri üzrə təkliflərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Həmçinin Saziş üzrə dövləti təmsil etmək səlahiyyətinin “AzerGold” QSC-yə ötürülməsindən sonra digər saziş sahələrində istismara hazırlıq işləri çərçivəsində yerli qanunvericiliyin tələbləri və beynəlxalq standartlar əsasında həyata keçirilən tədbirlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılan işlər müzakirə olunub.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

Tarix
2025.04.29 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla