Yuxarı

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən həqiqətən də hərfləri tam olaraq bilmirəm, lakin bu, uğurlu biznes idarə etməyimə mane olmur.

Bu sözləri Axar.az-a açıqlamasında "Şərur" MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sosial şəbəkələrdə geniş müzakirə yaradan video-müsahibəsi haqda danışarkən deyib.

“Uzun müddətdir bu şirkəti idarə edirəm. Müxtəlif sahələrdə işlər görmüşəm, qurmuşam, yaratmışam, idarə etmişəm. Nəvəm Amerikada təhsilini başa vurub qayıtdıqdan sonra onu işlərimdə köməyə cəlb etdim. Bir ilin içində idarədə 2 nəfər qaldı, qalanlarını oğurluq üstündə işdən çıxardım. Halbuki onlara yaxşı maaş verirdim. Demək ki, savadımın zəif olmasından idarəyə külli miqdarda ziyan vururdular”, - o bildirib.

İş adamı qeyd edib ki, həyat təcrübəsi sayəsində idarəetməni öyrənib və düzgün qərarlar qəbul etməyi bacarıb:

“Hər kəs üçün uğur əldə etməyə çalışdım, onlara maaş verdim, rifahlarını yaxşılaşdırdım. Bir daha deyim, mən həqiqətən də hərfləri tam bilmirəm, amma bu, işimi bilməməyim anlamına gəlmir. İllərlə bir qrup insanı yetişdirib iş verdim, onları yönləndirdim. Bugünkü mövqeyimə baxanda görürəm ki, həyatda qazandıqlarım təsadüfi deyil. Mən hər zaman düzgün düşüncəyə və geniş baxış bucağına sahib olmuşam”.

O, həmçinin əlavə edib ki, idarəetmədə savadla yanaşı, təcrübənin də böyük rolu var:

“Hər şeyi kitabdan öyrənmək mümkün deyil. Rəhbər həm savadlı, həm də idarəetmə qabiliyyətinə malik olsa, daha yaxşı olar. Amma əsas məsələ insanın öz işini bilməsi və düzgün qərarlar verməsidir. Mən hərfləri tam tanımıram, amma kim deyə bilər ki, mən savadsızam? İstəsəm, bu gün diplom da ala bilərəm, amma, saxta iş mənə lazım deyil. İşimi bilirəm, düşüncə tərzim düzgündür, təşkilatçılıq bacarığım var”.

O, həyatda uğur qazanmaq üçün zəhmətin əsas şərt olduğunu vurğulayıb:

“Biz vaxtilə Ermənistandan köçkün düşmüşük, çadırda yaşamışıq. Həyatın çətinliklərini görmüşəm. İmkansızlıq ucbatından məktəbə gedə bilmədim. Uşaqlıqda çoban olmuşam, fəhlə olmuşam, çadırda yaşamışam, bir atım, bir itim və bir neçə mal-qaram olub. 14 yaşımda dağlarda tək qalmışam. Hər adam bu qədər çətinliyə dözə bilməzdi, amma mən dözdüm. İnsan pilləkənləri tək-tək qalxmalıdır ki, hər mərhələnin dəyərini bilsin”.

Sonda iş adamı gənclərə zəhmətdən qorxmamağı və işləməyə meyilli olmalarını tövsiyə edib.

Tarix
2025.04.01 / 16:02
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

"Melissa"nın dağıtdığı evin sahibləri bu qədər pul istəyir

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

AP-nin Azərbaycana qarşı ikili standartları… - Avraham

İlham Əliyev bu tarixdə Çinə səfər edəcək

Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto

Ştaynmayer Ağ Şəhərdə - Foto

Azərbaycanla birgəyaşayış formulunu tapmalıyıq - Xandanyan

Pezeşkian Əliyevə məktub göndərdi

Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla