Yuxarı

Məhərrəmov torpağımda dəbdəbəli villa tikib - Polkovnik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhərrəmov torpağımda dəbdəbəli villa tikib - Polkovnik

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovla Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov arasında torpaq qalmaqalı davam edir.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytardıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində baxış iclası keçirilib. İclasda tərəflərin sənədləri araşdırılıb və bundan sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov xəbəri təsdiqləyib. O, bildirib ki, apellyasiya instansiyasının bu dəfə ədalətli qərar qəbul edəcəyinə inanır.

Nazim Əmirov Abel Məhərrəmovun Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirməkdə ittiham edir. Polkovnik-leytenant iddia edir ki, keçmiş rektor ona məxsus torpaq sahəsində özünə dəbdəbəli villa tikib.

Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.

Tarix
2025.04.02 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla