Yuxarı

Qurbanov məğlubiyyəti belə şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqibi qələbə münasibətilə təbrik edirəm. Qalib gəlməkdən ötrü çox vuruşdular, hər şeyi etdilər. İstəkləri həddindən artıq çox idi. Düzdür, hələ cavab oyunu var. Amma istənilən halda üzərimizə düşən vəzifə odur ki, qalibiyyətə görə rəqibi təbrik edək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis görüşün elə də keyfiyyətli alınmadığını bildirib:

"Çox danışılası bir şey yoxdur. Düzü, çox da keyfiyyətli oyun olmadı. Kubok qarşılaşmaları çempionat oyunlarından həmişə fərqlənib, seçilib. Cavab görüşünə hazırlıq üçün hələ xeyli vaxtımız olacaq".

Qurbanov oyun zamanı penaltiyə aqressiv reaksiyasının uduzmağı bacarmamasından irəli gəldiyinə dair fikirlərlə razılaşmayıb:

"Niyə ki?! Dəfələrlə məğlub olmuşam və özümü çox normal aparmışam. Bu oyundakı aqressiyaya gəldikdə, biz də insanıq. Bəzən aqressiya da olur. Ömür boyu sakit dura bilmərik. O epizod normal idi. Yeri gəlsə, sizin üçün də maraqlı oldu.

Sadəcə, elə epizodlar olur ki... Ola bilsin, həmin epizod penalti idi, bir söz demirəm, ola bilər, nədəsə yanılım. Amma bizə hər şeyi ümumi anladanda deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən də istərdim ki, oyun daha dinamik, daha sürətli getsin, mübarizlik olsun. Amma hakim gah oyunu saxlayır, gah da... Pauza həddindən artıq çox oldu, baş hakim Elçin Məsiyev də ola bilsin, oyun ritmini itirdi".

"Qarabağ"ın baş məşqçisi yerli komandalara uduzmağı qəbul etməməsinin də əleyhinə çıxıb: "Əksinə, çox istəyirəm ki, hər bir komanda "Qarabağ"a qalib gəlsin və o klubun rəhbərliyində futbola sevgi daha çox olsun, marağı daha da artsın".

Qeyd edək ki, cavab görüşü aprelin 23-də keçiriləcək.

Tarix
2025.04.02 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov

Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla