Yuxarı

Depardye 18 ay şərti həbs oluna bilər

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Depardye 18 ay şərti həbs oluna bilər

Fransız aktyor Jerar Depardye iki qadına qarşı "cinsi aqressiya" ittihamı ilə məhkəməyə çıxarılıb. Prokuror onun 18 ay şərti həbsə məhkum edilməsini, 20 min avro cərimə ödəməsini və cinsi cinayətkarlar reyestrinə daxil edilməsini tələb edib.

Kult.az xəbər verir ki, məlumatı Fransa mediası yayıb.

Məhkəmə prosesi zamanı ittiham tərəfi Depardyeni nüfuzundan sui-istifadə edən şəxs kimi təqdim edib və ondan ümumilikdə 77 500 avro kompensasiya tələb edib.

Aktyor isə iddiaları rədd edərək, yalnız iş münaqişələri səbəbindən sərt davrandığını bildirib.

“Bu, zorakılıq deyil, sadəcə sərt tənqiddir. Mən qadınlara metroda toxunanlardan deyiləm”, – deyə Depardye vurğulayıb.

Depardyenin hüquqi problemləri bununla bitmir. Onu başqa bir qadına qarşı cinsi zorakılıq və vergidən yayınma ilə bağlı yeni araşdırmalar da gözləyir.

Qeyd edək ki, məhkəmə hökmü mayın 13-də elan olunacaq.

Tarix
2025.03.29 / 17:44
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla