Yuxarı

Sezen Aksudan İmamoğlu ilə bağlı paylaşım

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sezen Aksudan İmamoğlu ilə bağlı paylaşım

Hamımıza aid olan bu bənzərsiz vətənimizin düşdüyü bu vəziyyətdən fiziki ağrıdan daha çox, daha sancılı, daha dərin bir kədər içindəyəm.

Kult.az xəbər verir ki, bu sözləri türk musiqisinin əfsanələrindən olan Sezen Aksu İBB başqanı Əkrəm İmamoğlunun həbsindən sonra baş verənlər haqda qeyd edib.

“Məni dinləməyəcəklərini hiss etsəm də, məsuliyyət daşıyanlara səslənməyi özümə borc bilirəm. Bu qədər insanın səsini dinləmək, onları anlamaq, bütün tədbirlərinizi hüquqa uyğun həyata keçirmək, insan haqlarını əsla pozmamaq, xüsusilə gələcəyimiz olan gənclərimizi gözünüz kimi qorumaq, ayrı-seçkilik etmədən bütün vətəndaşlarımıza qarşı ədalətli davranmaq sizin vəzifənizdir. Söylədiklərimi məntiqin ölçüləri ilə dəyərləndirəcəyinizə ümid edirəm”, - Aksu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya və terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək, 19 martda saxlanılıb, 23 martda məhkəmə korrupsiya ittihamına görə onun barəsində həbs qətimkan tədbiri seçib, terrorla bağlı həbs tələbindən isə imtina edib.

Ə.İmamoğlunun saxlanıldığı gündən mənsub olduğu CHP-nin fəalları silsilə aksiyalar keçirirlər. Aksiyalarda yüzlərlə şəxs həbs edilib.

Tarix
2025.03.29 / 15:48
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ertuğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla