İstanbul Respublika Baş Prokurorluğu Türkiyədə yerli mal və müəssisələrə qarşı boykot çağırıı edən şəxslər barədə təhqiqata başlayıb.
Axar.az xəbər verir ki, prokurorluğun açıqlamasında “nifrət və ayrı-seçkilik” və “əhalini kin və düşmənliyə təhrik etmək” ittihamı ilə başlanan təhqiqata ənənəvi və sosial mediada əhalinin müəyyən hissəsinin iqtisadi fəaliyyətinə təsir göstərməyi hədəfləyən, əhali arasında boykot çağırışları olaraq bilinən fikir ayrılığı yaradan ifadələr işlədən və bu çağırışları yayan şəxslərin cəlb olunacağı bildirilir.
Prokurorluq bununla yanaşı, bu çağırışlar əsasında Türkiyənin bəzi iş yerlərinə qarşı fiziki və şifahi zorakılıq halları ilə bağlı başladılan araşdırmaların da bu istintaqla birləşdirildiyini açıqlayıb.
Türkiyənin ticarət naziri Ömər Bolat ticarətdə maddi itkiyə məruz qalan hər kəsin boykot çağırışı edənlərə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edə biləcəyini bildirib.