Yuxarı

Ərsin Tatar yunan həmkarı ilə danışdı: Razılaşma...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprdə yaşayan türklər və yunanlar iqlim dəyişikliyinin mənfi təsirlərini minimuma endirmək məqsədilə ekoloji sahədə birgə Texniki Komitənin yaradılması barədə razılığa gəliblər. Həmçinin gənclər və mədəni irs məsələləri ilə bağlı texniki komitələrin yaradılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar BMT nümayəndələrinin iştirakı ilə adanın yunan icmasının lideri Nikos Xristodulidis ilə keçirilən görüşün nəticələrinə dair brifinqdə deyib.

ŞKTR rəhbəri vurğulayıb ki, Kipr türkləri hər zaman adanın yunan icması ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarı olublar.

Ə.Tatarın sözlərinə görə, ŞKTR hakimiyyəti adanın yunan hissəsi ilə şərti sərhəddə iki əlavə keçid məntəqəsinin açılmasına hazırdır. “Təkcə 2024-cü ildə sərhədi keçmə hallarının sayı 8 milyona çatıb. Üstəlik, 65 faiz hallarda “Metehan” keçid məntəqəsindən istifadə olunub ki, burada da həm türkləri, həm də yunanları narahat edən çətinliklər müşahidə edilir. Yeni keçid məntəqələrinin açılması bu problemi gündəmdən çıxarmağa kömək edəcək”, - deyə siyasətçi bildirib.

Ərsin Tatar həmçinin neytral zonada və adanın digər bölgələrində mövcud mina təhlükəsi probleminə də diqqət çəkib:

“Tərəflərin hüquq-mühafizə orqanlarının bu məsələdə BMT-nin dəstəyi ilə birlikdə hərəkət etməsi vacibdir. Hesab edirəm ki, bu məsələdə artıq ümumi anlaşma formalaşıb”.

Sonda isə o, yunan Kiprinin lideri ilə yeni görüş tarixini bəyan edib:

“Aprelin 24-də iki xalqın maraqlarına cavab verən müxtəlif layihələri müzakirə etməyi planlaşdırırıq”.

Tarix
2025.04.02 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…

Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…

Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident

Prezident açıqladı: Onun da sonu yaxınlaşır…

Ermənistana verilən silahların qiyməti… - Prezident

Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!

Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

Səlcuq Bayraqdar yenə rekord qırdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla