Yuxarı

Alman prezidentin Bakıya gəlişi öncəsi qalmaqal

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, diplomatik mənbələrin məlumatına əsasən, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.

Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.

Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.

Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!

Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.

Xatırladaq ki, Almaniya prezidenti sabah Ermənistandan Azərbaycana gəlməlidir.

Tarix
2025.03.31 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Mən heç vaxt izləndiyimi hiss etməmişəm - İcra başçısı

Parisdə ovlanan “cadugər” niyə İstanbulda axtarılır?..

Fransa Bakıya "ölüm qrupu" göndərdi - Şok

İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Azərbaycan-AB əməkdaşlığı müzakirə olundu

Bakı və Tehran təhlükəsizlik məsələlərini müzakirə etdi

Milyarderlər siyahısına Ələkbərov başçılıq edir

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...

Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü

Fransada siyasi rəqiblərə qarşı repressiya başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla