Yuxarı

Zaqatalada ağır qəza: yaralılar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada ağır qəza: yaralılar var

Zaqatalanın Muxax kəndi ərazisində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir ki, Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi digər “Mersedes” markalı minik avtomobili toqquşub. Nəticədə Rəhim Laçınovun idarə etdiyi “Mersedes” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Zərbənin təsirindən avtomobilin sürücüsü Rəhim Laçınov, eləcə də avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Əminov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib. Hər dörd nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar rayon polis şöbəsində araşdırmaya başlanılıb.

Tarix
2025.03.31 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İrana zərbə qərarı: ABŞ bu ölkələri “itirir”

İlham Əliyev Xurelsuxaya məktub göndərdi

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bakı bu ölkədə "ASAN xidmət"ə dəstək verəcək

Erməni cinayətkarların apellyasiya məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla