Yuxarı

Xaçatryandan sülh açıqlaması: Martda məlum oldu ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçatryandan sülh açıqlaması: Martda məlum oldu ki...

Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan martın 31-də İrəvanda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.

“Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Bizim qarşımızda regionda, xüsusən də Azərbaycanla sülhün bərqərar olması vəzifəsi durur və bu məqsədə çatmaq üçün var gücümüzlə çalışırıq. İnanırıq ki, mövcud və olacaq çətinliklər aşılandır və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”, - o deyib.

Xaçatryan həmçinin qeyd edib ki, müharibə və münaqişələr dövrü arxada qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün artıq resurslar yoxdur:

“1988-ci ildən, daha geniş miqyasda isə 1991-ci ildən müharibə vəziyyətindəyik. Mən regionumuzdakı digər münaqişələrdən danışmıram... Optimizm realizmə əsaslanır: biz realistik və Azərbaycanla yanaşmalarımızı uzaqlaşdırmayan, əksinə, onları yaxınlaşdıran addımlar atırıq. Eyni qaydada davam edəcəyik və əminik ki, həmin gün gəlib çıxacaq. Çünki çoxları bu razılıq çərçivəsində mövcud olan fikir ayrılıqlarının aradan qalxacağına inanmırdı, amma martda məlum oldu ki, bu, mümkündür”.

Ermənistan prezidenti əlavə edib ki, hazırda masada hazır sənəd var.

Tarix
2025.03.31 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla