Yuxarı

Paşinyan Gümrünü “götürdü”: niyə ona səs verirlər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Gümrünü “götürdü”: niyə ona səs verirlər?

Ermənistanın İrəvandan sonra 2-ci böyük şəhəri olan Gümrüdə keçirilən bələdiyyə seçkilərinin rəsmi nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın partiyası 36,80% səs toplayaraq 1-ci yer tutub. Maraqlıdır ki, seçkilərdə 2-ci yerə 20,71% səslə Ermənistan Kommunist Partiyası çıxıb.

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli 30 martda gümrüdə keçirilən yerli seçkilər haqda qeyd edib.

“Paşinyanın partiyası 1-ci yerə çıxsa da, təkbaşına mer seçə bilmir, yəqin ki, danışıqlar yolu ilə müəyyən koalisiya qurulacaq, amma seçicilərin hər şeyə rəğmən Paşinyana səs verməsi maraqlı məsələdir. Paşinyan ən azından sözdə “sülh” deyir, bu yolda müəyyən addımlar da atır; müharibə və qisas deyənlərə xalq səs vermir. Belə çıxır ki, Ermənistan cəmiyyəti yavaş addımlarla da olsa, tarixi yanlışlardan, özləri üçün yaratdığı zərərli nağıllardan geri dönməyə, ayılmağa başlayır. Coğrafiyamızda qalıcı sülh üçün Ermənistan cəmiyyətində miflərin dağılması mütləqdir”, - o bildirib.

Tarix
2025.03.31 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla