Yuxarı

Qadının evini başına yıxan "xeyriyyəçi" iş adamı kimdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.

Axar.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Qeyd edək ki, içərisində yaşayış olan ev “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdılıb. "Melissa Group" şirkətinin sahibi Qalib Məmmədovdur. Baş direktoru isə oğlu Xəzər Məmmədovdur.

Bakupost.az-ın araşdırmasına görə, Qalib Nurulla oğlu Məmmədov əslən Masallı rayonunun Ərkivan kəndindən olan iş adamıdır. O, rayonda özünü xeyriyyəçi kimi təqdim edir.

1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirən Qalib Məmmədov Politexnik İnstitutunun Avtomobil yollarının istismarı və təşkili fakültəsində oxuyub. İnstitutu bitirəndən sonra o, Naxçıvana təyinat alıb.

Bir müddət Avtomobil Nəqliyyat Kontorunun 4 saylı istismar sahəsində çalışıb, daha sonra Avtomobil Nəqliyyat Kontorunun rəisi vəzifəsinə yüksəlib. Q.Məmmədov bu vəzifəni bir müddət icra edəndən sonra Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə təyin olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət işindən uzaqlaşıb və öz şəxsi biznesini qurub. Azərbaycan müstəqillik əldə edənə qədər Qalib Məmmədov yol tikintisindən xeyli pul qazana bilərdi. Amma yenə əlahəzrət məntiq deyir ki, ortada NƏSƏ var...

Qalib Məmmədovun həm də "Performance Center" şirkətinin prezidenti olduğu bildirilir. Şirkət 1997-ci ildən "General Motors" korporasiyasının "Şevrolet" və "Kadillak" brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Hazırda “Performance Center” şirkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi – "Performance Center" və "Babək" – Bakı şəhərində, digəri – "İdeal Motors" isə Gəncə şəhərində müştərilərin xidmətindədir.

Qalib Məmmədov eyni zamanda Bakıda “Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə "Melissa Park”, "Melissa Residence", "Melissa Azadlıq” layihələrini icra edən "Melissa Group” şirkətinin sahibidir. “Collezione Italia” şirkətinin də ona məxsus olduğu bildirilir.

Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir. Onun doğma Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara ARK yanacaqdoldurma məntəqəsi, avtoservis, elektrik və elektronik məhsulların satışı mağazası, çörək zavodu və s.-in daxil olduğu bildirilir.

Tarix
2025.03.27 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Astanada Szinpinlə bunu bəyan etdik - İlham Əliyev

Tərəfdaş ölkə səfirinin sərhədimizə gəlib, bəyanat verməsi…

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı

Çin Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır - Prezident

Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev

İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verdi

Türk ölkələri Lefkoşada toplanır: Üç ölkənin Kipr qərarı...

Çindən Azərbaycanla bağlı açıqlama

Prezidentin son sərəncamı neçə nəfərə aid ediləcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla