Yuxarı

Bakıda bu yol dairəsi ləğv edilir, məşhur restoran söküləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha bir dairə ləğv edilir. Eyni zamanda, ərazidəki məşhur restoran da söküləcək.

Axar.az xəbər verir ki, söhbət Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairədən gedir.

Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi - ''Koroğlu'' metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin.

Obyekt işlədənlər deyiblər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ''Şəki'' restoranı və ona bitişik digər tikililər söküləcək.

Aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti də həmin ərazidə məhdudlaşdırılıb. İş icraçısı ''Xəzər Xəbər''ə bildirib ki, yolun tam olaraq təxminən bir il yarıma qədər istifadəyə verilməsi planlaşdırılır.

Tarix
2025.03.27 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Azərbaycanda sülhə töhfə verir - Ərdoğan

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı kralı İlham Əliyevi təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Leyla Əliyevadan Ramazan bayramı təbriki - Video

İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla