Yuxarı

Bərdədə dəhşət: Kotanın altında qalıb öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədə dəhşət: Kotanın altında qalıb öldü - Foto

Laçın rayonunun Qorçu kənd sakini, 1991-ci il təvəllüdlü Xəyyam Yaşar oğlu Məmmədov traktorun kotanı altında qalaraq ölüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 28-də axşam saatlarında Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə yerləşən fermada baş verib.

Məcburi köçkün kimi qəsəbədə məskunlaşan X.Məmmədov fermada həm çobanlıq edirmiş, həm də traktor işlədirmiş. O, texnikaya baxış keçirmək üçün həyətdə saxlayıb və kotanın altında yağlama işləri aparmağa başlayıb. Bu zaman traktor hərəkət edib və X.Məmmədov kotanın altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib.

Onun üç azyaşlı övladı, iki əlil qardaşı var. Valideynləri isə yaşlıdır. O, ailənin yeganə qazanc gətirən üzvü idi.

Mərhum bu gün Bərdə şəhərində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Tarix
2025.03.29 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla