Yuxarı

Qusma, ishal, halsızlıq… - Bu virus uşaqlara necə yoluxur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qusma, ishal, halsızlıq… - Bu virus uşaqlara necə yoluxur?

Uşaqlarda rotavirus infeksiyası hər il, xüsusilə yanvar-fevral aylarında və yay mövsümündə geniş yayılır. Bununla belə, ilboyu da müşahidə oluna bilər. Xəstəlik əsasən çirklənmiş qidalar, xəstə uşaqların əşyaları və yay aylarında hovuz, çimərlik və dəniz vasitəsilə yayıla bilər.

Bu sözləri Axar.az-a açıqlamasında pediatr Qoşqar İsmayılov son günlərdə uşaqlar arasında rotavirus infeksiyası barəsində danışarkən deyib.

“Rotavirus infeksiyasının əsas əlamətləri qusma, hərarətin yüksəlməsi, qarın ağrıları və ishaldır. Simptomlar gün ərzində 1-2 dəfə qusmadan 5-10 dəfə qusmaya qədər dəyişə bilər. İshal isə 1-2 dəfədən 6-7 dəfə və hətta 10-15 dəfə baş verə bilər”, - o bildirib.

Pediatr xəbərdarlıq edir ki, belə bir vəziyyət yaranarsa, valideynlər mütləq uşaqlarını həkimə aparmalıdırlar:

“Çünki vaxtında həkimə müraciət olunmadıqda bədəndə susuzlaşma (dehidratasiya) baş verə bilər ki, bu da uşaqlarda halsızlığa, hərarət fonunda iştahsızlığa və ağırlaşmaya səbəb ola bilər. Buna görə də həkimin tövsiyələrinə əməl etmək vacibdir. Rotavirus infeksiyasının əsas törədiciləri rotaviruslar, adenoviruslar və noroviruslardır”.

Qeyd edək ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağındakı uşaqlar da rotavirusa yoluxub.

Tarix
2025.04.03 / 12:11
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla