Yuxarı

Bu generallar üçün vəzifədə olmanın yaş senzi ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək.

Axar.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər təklif edilir.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.

Sənəddə bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Beləliklə, təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tarix
2025.04.04 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Milli Məclisin xüsusi iclası başladı

Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev

Sülh sazişinin paraflanması... - Prezident

Zəngəzur dəhlizi yaxın gələcəkdə... - İlham Əliyev

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Bakıda mühüm forum keçirilir

Kreml “başladı”: Lavrov Zəngəzura qarşı 2 “bəhanə” tapdı

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla