Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müvafiq məsələlər müzakirə olunub.
Sənədə əsasən, Vüqar Ələkbər oğlu Musayev (Şəki İnzibati Məhkəməsinin hakimi) və Taleh Valeh oğlu Musayevin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.
Şirvan Apellyasiya Məhkəməsinə isə Əli Abdulla oğlu Əliyev (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Cavid Rizvan oğlu Sultanov (Ağdaş Rayon Məhkəməsinin hakimi), Ceyhun Əmir oğlu Quliyev (Masallı Rayon Məhkəməsinin hakimi), Mirlətif Süleyman oğlu Sadıqovun (Saatlı Rayon Məhkəməsinin hakimi) hakim təyin edilməsi qərara alınıb.
Bununla barabər, layihəyə əsasən, Elşad İbiş oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.
Layihələr müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.