Lənkəranda Xəzər dənizində itkin düşən balıqçılardan biri – Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin cəsədi İrandan Azərbaycana gətirilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu ilin yanvar ayının 13-də baş verib. Həmin gün Siyavar kənd sakinləri – 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov dənizə balıq ovuna çıxaraq itkin düşmüşdülər.
Fevralın 21-də balıqçılardan biri – Nazim Abbasovun meyiti tapılmışdı. Ötən ay isə Mahmud İbayevin cəsədi Xəzər dənizinin İran ərazisində – Bəndər-Ənzəli şəhəri yaxınlığında aşkar edilib.
Mərhumun qardaşı Rəşad İbayev ailə üzvləri və kənd sakinlərinin dəstəyi ilə İrana gedərək cəsədin Azərbaycana gətirilməsi üçün zəruri prosedurları yerinə yetirib.