Yuxarı

Bakı ilə Bisau arasında məsləhətləşmələr keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə Bisau arasında məsləhətləşmələr keçirildi

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə hökumət missiyası Azərbaycan və Qvineya-Bissau arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Qvineya-Bissauda səfərdə olub.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər zamanı nümayəndə heyəti Qvineya-Bissaunun Prezidenti Umaro Sissoco Embalo tərəfindən qəbul edilib.

Səfər çərçivəsində həmçinin Baş nazir Rui Duarte Barros, xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə görüşlər keçirilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Qvineya-Bissaunun iqtisadiyyat, planlaşdırma və regional inteqrasiya naziri Soares Sambunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniştərkibli görüşü baş tutub. Görüşdə bu ölkənin ətraf mühit və biomüxtəliflik, təbii ehtiyatlar, kənd təssərüfatı, müdafiə üzrə qurumların və “Petroguin” neft şirkətinin rəhbərləri təmsil olunub.

Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. Həmçinin bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qvineya-Bissaunun Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və İcmalar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qvineya-Bissau tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə dövllət katibi Fatumata Jau rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət missiyasına Xarici İşlər, Müdafiə, Müdafiə Sənayesi, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan İnvestisiyaların Təşviqi Fondunun, “Azergold” QSC-nin nümayəndələri daxildir.

Tarix
2025.04.07 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla