Yuxarı

Ağdaban faciəsindən 33 il ötür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 33 il ötür.

Axar.az xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 32 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər girov götürülüb.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

Bu gün Ağdaban sakinləri doğma torpaqlarındadır.

Tarix
2025.04.08 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan gizli şəkildə Dubaya gedib, azərbaycanlı rəsmi ilə görüşüb?

Bayramov Nəhyanla görüşdü

Tramp istədiyini aldı, İran sözünü geri götürdü – Təcili

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Bərzani İlham Əliyevi təbrik etdi

Bakı ilə Bisau arasında məsləhətləşmələr keçirildi

İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi

Vergidən azad edilən materialların siyahısı genişləndirildi

Babayan: Saytlarımız bu domenlə qeydiyyata alınırdı

Ölkədən getmək istəyən borclu şəxslərə SMS göndəriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla