Yuxarı

İlham Əliyev Sudan lideri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Sudan lideri ilə görüşdü

20:00

Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Sudanın Suveren Keçid Şurasının sədri Əbdül Fəttah əl-Burhan Əbdürrəhman əl-Burhan ilə görüşü olub.

Axar.az xəbər verir ki, Sudanın Suveren Keçid Şurasının sədri iki ölkə arasında tarixi əlaqələrin olduğunu qeyd etdi. O, Azərbaycanın həm öz regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğuladı.

Əbdül Fəttah əl-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi və iki ölkə arasında mədən sənayesi, neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Söhbət zamanı təhsil və təlim sahələrində də əməkdaşlıq məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev 2019-cu ildə Əbdül Fəttah əl-Burhanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşündə iştirakını və səfər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı.

Görüşdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlərinə dair fikir mübadiləsi aparıldı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olundu.

Tarix
2025.04.11 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla