Yuxarı

Əvəz Zeynallını xilas etmək mümkündürmü? - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvəz Zeynallını xilas etmək mümkündürmü? - Həkim

Əvəz Zeynallı xərçəng xəstəliyindən xilas ola bilər.

Axar.az xəbər verir ki, bu barədə həkim Vasif İsmayıl bildirib.

Onun sözlərinə görə, qaraciyərə metastaz vermiş yoğun bağırsaq xərçəngi xəstələrinin şişdən qurtulması mümkündür. Lakin düzgün müalicə lazımdır.

“Əvəz Zeynallıda metastatik yoğun bağırsaq xərçəngi aşkar olunub. Onkoloji qaydalara görə, son mərhələdir. Amma müalicəsi var. Qaraciyərə metastaz vermiş yoğun bağırsaq xərçəngi xəstələrinin deyil, ömrünün uzanmasını, ümumiyyətlə şişdən qurtulmasını görmüşəmmi? Dəfələrlə. Lakin düzgün müalicə lazımdır.

Bu dəqiqə belə həbsxanada müalicə etdiyim 2 onkoloji xəstə var. Bəzən sadə MRT lazım olur, inanın, aylarla qapı-qapı gəzirlər. Doğrudur, ömürlük məhbus da var… Asan deyil. Əməliyyat edərkən başımda keşik çəkən ədliyyə işçiləri şahiddirlər. Əvəz Zeynallıya qaydalara uyğun müalicə olunması üçün şərait yaradılsın. Xahişim budur”, - o qeyd edib.

Xatırladaq ki, Əvəz Zeynallıda onkoloji xəstəlik aşkarlanıb. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında paylaşım edib.

Tarix
2025.04.14 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla