Yuxarı

Ukraynadan bir qrup uşaq Azərbaycana gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan bir qrup uşaq Azərbaycana gətirildi

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusyev özünün Feysbuk səhifəsində yazıb.

O bildirib ki, qonaqları Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə və Səfirliyin əməkdaşları qarşılayıb.

Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar.

Eyni zamanda, azyaşlı qonaqlar Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzini ziyarət edəcək və paytaxtda gəzintiyə çıxacaqlar.

Diplomatik nümayəndəlikdən o da qeyd edilib ki, bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.

Səfir Yuri Qusyev səfərin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə və xalqına, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə təşəkkür edib.

Onun sözlərinə görə, bu dəstək təkcə xalqlarımızın dostluğunun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir.

Tarix
2025.04.15 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla