Yuxarı

94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi

Külli miqdarda xarici valyutanı Azərbaycana keçirmək istəyən gömrükdə saxlanılıb.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qazax rayonunda yerləşən “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

İttiham aktına görə, Gürcüstan vətəndaşı olan 61 yaşlı Səid Bağırov (ad və soyad şərtidir) 94 min 270 ABŞ dollarını idarə etdiyi yük avtomobilində gizlədərək Azərbaycana keçirməyə cəhd edib. Lakin gömrük əməkdaşlarının yoxlaması nəticəsində Səidin gizlətdiyi pullar aşkarlanıb və onun barəsində qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycana gətirmək istədiyi 94 min 270 dollara (təxminən 160 min 259 manat) Bakıda həyət evi almaq istəyib. Onun sözlərinə görə, həmin pulun 32 min dolları qardaşına satdığı ata evinin pulu, 62 min dolları isə qardaşından borca aldığı puldur. Digər 270 dollar da şəxsi vəsaitidir. Səid qeyd edib ki, pulları əvvəlcə sağ qapıda qara bağlamada gizlədib. Beləcə külli miqdarda vəsaiti gömrük nəzarətindən gizli Azərbaycana qanunsuz keçirməyə cəhd edib.

Postda gömrük əməkdaşları rentgen yoxlaması keçiriləcəyini dediyi üçün həmin bağlamadakı pulları götürərək maşının ayrı-ayrı yerlərində gizlədib. Həmçinin bu puldan başqa da üzərində 5300 dollar vəsait olub. Onun sözlərinə görə, həmin pul Gürcüstandan Azərbaycana banan daşıyan sürücülərin əmək haqqı olub. Həmçinin 5300 dolların içərisində özünün 800 dollar maaşı da olub.

Səid Bağırov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Səid Bağırov cinayət predmeti olan maddi vəsaitin 40 faizi miqdarında, yəni 64 min 103 manat məbləğində cərimələnib. O, həmin cərimə məbləğini hökm qanuni qüvvəyə minəndən sonra, 1 aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir.

Tarix
2026.04.18 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla