Yuxarı

Həcc ziyarəti niyə 1 ayda olmalıdır? Quranda 3 aydır...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həcc ziyarəti niyə 1 ayda olmalıdır? Quranda 3 aydır...

Cümə namazına gedin, orda soruşun, görün onların biri “Fatihə” sürəsinin tərcüməsini bilirmi?

Axar.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri Teleqraf-a geniş müsahibəsində deyib.

“Bu gün Quranı müasir ərəb dilinə uyğunlaşdırıb bir ərəbə verək. Yazılır ki, Həcc məlum aylardadır. Ərəbcəyə görə “məlum aylar”, yəni bir sözün cəm şəklində olması üçün ən azı onun ehtiva etdiyi subyekt 3-dən çox olmalıdır. Burdan başa düşürük ki, Həcc üç ayda olmalıdır. Bəs niyə bunu Zilhiccə ayında keçirirsən? Ərəb də deyir ki, Peyğəmbər belə edib. Soruşuram ki, Peyğəmbər neçə dəfə Həccə gedib? Deyir, bir dəfə. Deyirəm, bəlkə, bir neçə dəfə getsəydi, başqa ayda gedəcəkdi? Deməli ki, sən Qurana zidd gedirsən, onun aşkar hökmünü inkar edirsən.

Deyirlər ki, Quran hədisi dəyişə bilməz, ancaq hədis Quranı dəyişə bilər. Bu müşriklikdir, onlar bu müşrikliyə qol çəkiblər. Məzhəbçilər Qurandan uzaqdırlar, səbəb də budur.

Quranda ayə var: “Yaradan Rəbbinin adıyla oxu”. Ancaq BMT hesabatlarına baxdıqda görürük ki, ən çox yazıb-oxumağı bilməyənlər elə islam coğrafiyasında yaşayır. Burdan da göründüyü kimi, islam dünyası quransızdır. Eyni şey Avropa ölkələrinə də aiddir. Onların da “Bibliya”dan xəbərləri yoxdur. Həftədə bir dəfə kilsəyə gedirlər, ancaq xəbərləri yoxdur”, - deyə ilahiyyatçı qeyd edib.

Tarix
2025.04.15 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla