Yuxarı

Arvadını pəncərədən atıb öldürən şəxsə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadını pəncərədən atıb öldürən şəxsə hökm oxundu

Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Abşeron rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il iyulun 23-ü saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən Ayşən Kazımova orada ölüb.

Tarix
2025.04.21 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov koreyalı həmkarı ilə danışdı

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla