Yuxarı

Bakıda məşhur restoranlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Axar.az-a bildirib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Xəmsə", "Ağ Çiçəyim", "Afrodita Palace", "Arzu", "Şahzadə", "Leyla Plaza”, "Kolissa Hall", "White Palace", "Qızıl Qaya", "Golden Baku", "Baku Castle", “Qəbələ-Xanlar”, "Xankəndi", "Çətir", "Alaçatı Mood", "Kafe Faiq", "Tovuz Manqal", "3 Mərtəbə", “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib:

“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”.

Tarix
2025.04.29 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla