Yuxarı

Bakıda nasaz maşın yolda qaldı, qəza oldu - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

Bildirilib ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verən qəzadan sürücülər nəticə çıxarmalıdır:

"Prospektdən mərkəz istiqamətində hərəkət edən "QAZel" markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü belə məqamda "Yol hərəkəti haqqında" qanunun 55-ci maddəsinin müvafiq bəndlərini əsas götürmək əvəzinə, avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb. Nəticədə yolda hərəkət edən nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.

Mərkəzin müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri onu deməyə əsas verir ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda bəzi sürücülər təhlükəsizlik qaydalarına riayət etmirlər. Sürücülərin diqqətinə çatdırırıq ki, avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsi ilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyninə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir".

Tarix
2025.05.02 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla