Yuxarı

“AQA Şirkətlər Qrupu” tələbələrin pulunu verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AQA Şirkətlər Qrupu” tələbələrin pulunu verdi

Daha öncə tələbələrə vəd etdiyi təqaüdləri ödəmədiyi üçün gündəmə gələn “AQA Şirkətlər Qrupu” ilə bağlı problem öz həllini tapıb.

Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” adlı sosial media səhifəsi məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, “Dəmir Ay” təqaüd proqramı üzrə qalib olmuş bütün tələbələrə təqaüdlər ödənilib.

Qeyd edək ki, “AQA Şirkətlər Qrupu” ötən il tələbələr arasında keçirdiyi “Dəmir Ay” adlı təqaüd proqramı çərçivəsində qaliblərə hər ay 250 AZN təqaüd veriləcəyini vəd etmişdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, şirkət bu ödənişləri yerinə yetirməmiş, yalnız bir aylıq təqaüd ödənilmişdi.

Tələbələrin dəfələrlə narazılıq bildirməsinə baxmayaraq, şirkət bu vaxta qədər məsələ ilə bağlı heç bir cavab verməmişdi. Nəhayət, ictimai reaksiyadan sonra problem aradan qaldırılıb.

Tarix
2025.05.02 / 11:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla