Yuxarı

Varşavaya uçan təyyarə təcili Bakıya qayıtdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən “LOT Polish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı alıb və məcburi eniş sorğusu göndərib.

Axar.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o, tibbi nəzarətə götürülüb.

Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyini və rifahını hər zaman prioritet olaraq qəbul edir və bu kimi hallarda operativ koordinasiya ilə beynəlxalq xidmət standartlarına uyğun yüksək səviyyəli əməliyyat tədbirlərini həyata keçirməyə davam edir.

Tarix
2025.05.03 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

Pezeşkian “Traktor”un qələbəsini ailəsi ilə qeyd etdi - Foto

Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi

Növbəti görüşlər Bakı və İrəvanda keçirilməlidir - Kopırkin

Netanyahunun təyyarəsi Türkiyədən keçəcək? – Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla