Yuxarı

İşarət dili yalnız bu kanallara tətbiq ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilən 12.1-ci maddəyə əsasən televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu APA-ya Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, bu kateqoriyaya Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin üç redaksiyası: AzTV, İdman TV və Mədəniyyət TV, həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İTV redaksiyası aiddir:

"Bu əlavə, praym-taym zamanı - həftə içi saat 19:00-23:00, həftəsonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında - təqdim edilən informasiya proqramlarını - xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir. Qeyd olunan yayımçıların prosesə başlaması üçün, təbii ki, müvafiq vaxt aralığı tələb olunur. Bu istiqamətdə Şura yaxın vaxtlarda yayımçılarla görüşlərin təşkili, onların hazırlıq vəziyyətlərinin öyrənilməsini planlaşdırır. Həmin görüşlərdən sonra konkret başlama vaxtını müəyyən etmək mümkün olacaq. Düşünürük ki, surdo-tərcümənin qısa zamanda tətbiq edilməsi mümkündür".

O bildirib ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Sanksiya və cəza tədbirləri ilə bağlı konkret qanunvericiliyin tələbləri müəyyən edilməsə də, Şura nəzarət mexanizmini müntəzəm icra edəcək:

"Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzuolunandır. Şura həmin yayımçıların təşviq edilməsi, məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər də nəzərdə tutur. İşarət dilinin tərcüməsini müvafiq təhsil və ixtisasa malik şəxslər həyata keçirir. Surdo-tərcüməçilərin kriteryalarının müəyyən edilməsi, işə qəbul edilməsi məsələsində Şuranın hər hansısa bir rolu yoxdur. Bununla bağlı proses şəxs və televiziya kanalı arasında işçi - işə götürən münasibətləri çərçivəsində həll ediləcək və bütün öhdəlik yayımçılara məxsus olacaq".

Tarix
2025.05.06 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Belarusun baş naziri Füzulidə… - Foto

Nikolun arvadı ordumuza qarşı necə döyüşüb? - Şok faktlar

Prezident Aleksandr Turçini qəbul etdi - Foto

BMT-nin daha bir qurumu ölkəmizdə fəaliyyətini dayandırır

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Bakı və İrəvan arasında sülh... - Xətibzadə

Hərbçilərimiz Moskva küçələrində - Video

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla