Yuxarı

“TechFront” akademiya-sənaye görüşü keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azercell" və ADA Universiteti Fondunun (ADAF) tərəfdaşlığı ilə “TechFront: Texnologiyanın Sərhədlərini Kəşf Et” mövzusunda Akademiya-Sənaye görüşü baş tutdu.

Tədbir çərçivəsində süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik sahələrindəki son tendensiyalar gündəmə gətirildi. Eyni zamanda, tədbir gənc startap və texnologiya mütəxəssislərin bilik mübadiləsi üçün effektiv platforma rolunu oynadı.

“Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusuna həsr olunmuş paneldə "Azercell"in Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi bölməsinin rəhbəri Elnur Quluzadə və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Samir Fətəliyev forum iştirakçılarını rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin davamlılığı və qabaqlayıcı təhlükəsizlik tədbirləri barədə maarifləndirdilər.

“Gələcəyə baxış: Bizi nə gözləyir?” mövzusunda keçirilən sessiyalarda isə "Azercell"in Data Modelləşdirilməsi üzrə aparıcı mütəxəssisləri Süleyman Süleymanzadə və Elxan Əlizadə süni intellektin sosial və iqtisadi təsirləri, etik aspektləri və tətbiq sahələri ilə bağlı fikir və təcrübələrini bölüşdülər.

Tədbirdə həmçinin ADA və Corc Vaşinqton Universitetlərinin müəllimləri mövzu ilə bağlı çıxış etdilər. ADA Universitetinin tələbələrindən ibarət startap komandaları isə innovativ layihələrini təqdim etdilər. Forumun sonunda münsiflər heyətinin qərarı ilə “Ən Yaxşı Startap” və “Ən Yaxşı Sual” nominasiyaları üzrə fərqlənən iştirakçılar mükafatlandırıldı.

Tarix
2025.05.06 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Laçında Şərif bu feldmarşalı 2 dəfə ayağa qaldırdı - Tanıyın!

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla