Yuxarı

Dünya çempionu olan millimiz mükafatlandırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışda ön sözlə çıxış edən Fərid Qayıbov mundialın ölkəmizdə yüksək səviyyədə təşkil olunmasından danışıb və qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Ardınca söz AMF-nin rəhbəri Orxan Məmmədova verilib. Yarış boyunca əziyyət çəkən hər kəsə öz təşəkkürünü bildirən qurum rəhbəri Bakının möhtəşəm yarışa ev sahibliyi etdiyini vurğulayıb.

Daha sonra mundialın qalibi olan Azərbaycan yığması qızıl medal və kubokla təltif edilib. İkinci yerin sahibi olan Macarıstan futbolçuları gümüş, üçüncü olan Serbiya komandası isə bürünc medallarla mükafatlandırılıb.

Tarix
2025.06.01 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi

İlham Əliyev Tokayevi təbrik etdi

Bayramov Keniyanın baş naziri ilə görüşdü

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Bakı Enerji Forumu başladı

OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı

Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Ceyhun Bayramov Keniyaya yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla