Yuxarı

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı qalxacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.

2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq.

Nəhayət gələn il – 1 iyul 2026-cı il tarixindən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, yəni 65 olacaq.

Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Tarix
2025.06.03 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla